şənbə 4 aprel 2026 - 18:29
Tezliklə Donald Tramp hökumətinin süqutu və Amerika Birləşmiş Ştatlarıın dağılması ilə bağlı xəbərləri gözləyirik

Hövzə / Höccətül-İslam vəl-müslimin Seyid Sədrəddin Qəbançi cümə namazı xütbələrində İraq hərbi qüvvələrinin sionist və Amerika təkəbbürünə qarşı tutduğu müqavimət mövqeyinə görə təşəkkür və minnətdarlığını bildirib.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, müqəddəs Nəcəf şəhərinin cümə imamı Seyid Sədrəddin Qəbançi Nəcəf şəhərinin “Fatimiyyə” adlı böyük hüseyniyyədə etdiyi cümə namazı xütbələrində, sionist və Amerika təkəbbürünə qarşı mövqelərinə görə və “Həşdi Şəbi” təşkilarının hərbi qərargahlarına hücum edərək bu təşkilatda olan əziz hərbçilərimizin şəhadətinə səbəb olduqlarına qarşı durduqlarına görə İraq müqavimətinə təşəkkür və minnətdarlığımızı bildiririk.

O əlavə edərək bildirib: Ayətullah Sistaninin çağırışına cavab olaraq İran və Livan xalqları ilə həmrəyliklərini ifadə etdiklərinə görə bütün İraq xalqına, xüsusilə İmam Hüseynin (ə) müqəddəs hərəminin rəhbərliyinə, təşəkkür edirik.

Müqəddəs Nəcəf şəhərinin cümə imamı xütbəsinin digər bir hissəsində deyib: İsrail Knessetinin fələstinli məhbusların edamı barədə qərarı, bu vəhşi təcavüzlər qarşısında qlobal səssizlik fonunda, bütün beynəlxalq və humanitar qanunların pozulmasıdır. Xüsusilə beynəlxalq, İslam və ərəb icmalarından bu qanuna qarşı çıxmalarını və onları həbsxanalarımızda edam hökmünə məhkum edilmiş terrorçuların edamı ilə təhdid etmələrini xahiş edirik.

Höccətül-İslam vəl-müslimin Seyid Sədrəddin Qəbançi qlobal məsələlərlə bağlı qeyd edərək bildirib: Amerika Birləşmiş Ştatları prezidentinə qarşı milyonlarla insanın etirazlarından, baş qərargah rəisi də daxil olmaqla 12 generalın vəzifədən uzaqlaşdırılmasından və İran İslam Respublikasına qarşı müharibə qərarına görə qlobal qəzəbdən sonra ABŞ-da çevriliş gözlənilir. İnşallah tezliklə Donald Tramp hökumətinin süqutu və ABŞ-ın dağılması ilə bağlı sarsıdıcı xəbərlərin şahidi olacağıq.

Höccətül-İslam vəl-müslimin Seyid Sədrəddin Qəbançi, həmçinin Yəmən ölkəsinə bu müharibəyə dəsdək məqsədilə daxil olduğuna və Babul-Məndəb boğazının bağlanması çağırışına görə təşəkkür edib.

O, xütbənin digər hissəsində bəyan edib: Gənclərimizin könüllü şəkildə iştirakı uca Allahın bu kəlamına əsaslanır:

إِنَّ اللَّهَ اشْتَرَىٰ مِنَ الْمُؤْمِنِينَ أَنْفُسَهُمْ وَأَمْوَالَهُمْ بِأَنَّ لَهُمُ الْجَنَّةَ ۚ

Şübhəsiz ki, Allah möminlərdən canlarını və mallarını cənnət müqabilində satın almışdır.

(Tövbə surəsi, 111-ci ayə)

 Həmçinin imamlarımızın (ə) “Camei Kəbirə” ziyarətnaməsində oxuduğumuz «ونصرتی لکم معدة» «Mənim sizə köməyim hazırdır» bu ifadəyə əsaslanır.

Müqəddəs Nəcəf şəhərinin cümə imamı davam edərək bildirib: Könüllü kampaniya nə deməkdir? Bu, çağırış verildiyi zaman təcavüzün dəf edilməsi və İslamın qələbəsi üçün hazır olmağın elanıdır. Buradan sadiq iraqlı gənclərdən xahiş edirəm ki, könüllü olsunlar, İslam və şiəliyi dəstəkləməyə hazır olsunlar və bu çağırışa cavab verməyə hazır vəziyyətdə olsunlar.

Höccətül-İslam vəl-müslimin Seyid Sədrəddin Qəbançi bildirib ki, mən sizə əminliklə deyirəm ki, İsrailin məhv olması qaçılmazdır, Amerika süqut edəcək və məğlub olacaq. O qeyd edib: Burada əsas sual bundan ibarətdir ki, bu böyük mübarizədə İraq xalqının rolu nədən ibarətdir? Biz sərhəd və milliyyətləri aşan genişmiqyaslı bir qarşıdurma ilə üz-üzəyik, qlobal oyanışın əlamətlərini müşahidə edirik, həmçinin İmam Zamanın (ə.f) zühurunun yaxınlaşdığını göstərən əlamətlərlə qarşılaşırıq. Bu şəraitdə bizim vəzifəmiz nədir? Bizim əsas vəzifəmiz hazırlıq, effektiv media fəaliyyəti, həmçinin maliyyə dəstəyi və siyasi dəstəyin təmin edilməsidir.

Seyid Sədrəddin Qəbançi İraqın daxili məsələləri ilə bağlı qeyd edərək bildirib: Süni bahalaşmanı nəzərə alaraq, hökumətdən dərhal hərəkətə keçməsini və bu məsələyə baxmasını tələb edirik. Buna görə də hökumət mümkün qədər tez qəti mövqe nümayiş etdirməlidir.

O, həmçinin İraqın yığma futbol komandasını qələbə qazanması və dünya çempionatı yarışlarına vəsiqə əldə etməsi münasibətilə təbrik edib. O, İraq milli komandasının gənc futbolçularına gənclərə sevinc bəxş etdiklərinə və insanların simasına təbəssüm bəxşiş etdiklərinə görə öz təşəkkürünü bildirib.

Dini xütbə

Müqəddəs Nəcəf şəhərinin cümə xətibi dini xütbədə, təqvaya çağırışdan sonra o, insan inkişafının mühüm mərhələlərindən biri olan ictimai yönümlülük, eləcə də individualizm ( ifrat dərəcədə fərdi yönümlülük) probleminə toxunaraq deyib: İslam təcrid və uzaqlaşma əvəzinə, ictimai ruhiyyəyə və sosial əlaqələrə çağırır. Bu məqamda İmam Cəfər Sadiqdən (ə) belə bir hədis nəql edirik: 

«مااجتمع ثلاثة من المؤمنین فصاعداً إلا حضر من الملائکة معهم، فإن دعوا بخیر أمّنوا، وإن استعاذوا من شر دعووا الله لیصرفه عنهم، وإن سألوا حاجةً شفعوا الی الله وسألوه قضاءها».

"Üç və ya daha çox mömin bir yerə toplaşdıqda, onların sayı qədər mələk də onların yanında hazır olur. Əgər xeyir üçün dua etsələr, duaları qəbul olunar. Əgər bir şərdən Allaha sığınsalar, O həmin şəri onlardan uzaqlaşdırar. Əgər bir ehtiyac üçün, Allah dərgahına əl qaldırsalar ehtiyaclarını aradan qaldırar."

O davam edərək bildirib: Bu çərçivədə camaat namazı qılmaq, birlikdə və ortaq şəkildə yemək yemək, yaxşı dost seçmək, görüşmək və əl sıxmaq, mömin qardaşlara hədiyyə vermək və bir-birini ziyarət etmək müstəhəbdir. Buna görə də İslam ictimai ruhun və sosial əlaqələrin inkişafını tələb edir.

Höccətül-İslam vəl-müslimin Seyid Sədrəddin Qəbançi 1980-ci ildə (1358-ci il) Ayətullah Məhəmməd Baqir əs-Sədrin şəhadətini xatırladaraq deyib: Burada vurğulayırıq ki, Bəəs Partiyası İslama və şiələrə qarşı fəaliyyət göstərirdi və Şəhid Sədrin şəhadəti şəxsi məsələ, şəxsi düşmənçilik və ya xüsusi siyasi baxışla bağlı deyildi. Əksinə, bu, Bəəs Partiyasının İslamla müharibə aparmaq və alimləri aradan qaldırmaq qərarı idi. Bu müharibə İmam Hüseyn (ə) zəvvarları üçün qurulan mökiblərə qarşı, Quran qarilərinə qarşı, eləcə də camaat namazına qarşı müharibəni əhatə edirdi. Məhz bu çərçivədə əl-Qəravi, Ayətullah Bürucerdi və ikinci Şəhid Sədrin şəhadəti baş verdi.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha